Dünya

Rusiya Tehrandakı kilsə yaxınlığındakı hücuma reaksiya verdi

1 Aprel 2026, 16:432
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Rusiyanın İrandakı səfirliyi Tehranda Müqəddəs Nikolay Pravoslav Katedrali yaxınlığında baş verən hücumla bağlı bəyanat yayıb.

Zefer.media xəbər verir ki, bu barədə Səfirlik məlumat yayıb.

Səhər saatlarında kilsənin yaxınlığına endirilən iki raket zərbəsi nəticəsində əsas bina və ona bitişik tikililər zərər görüb.

Bəyanatda qeyd edilib ki, yaxınlıqda yerləşən və yaşlı şəxslərin yaşadığı Rusiya qocalar evi də ciddi zərər alıb. Hücum nəticəsində binada tavanın çökdüyü bildirilsə də, ölən və yaralanan olmayıb.

Rusiya səfirliyi vurğulayıb ki, hücum xristianların əsas bayramlarından biri olan Pasxa ərəfəsində baş verib. Bu səbəbdən İranın pravoslav icması kilsəyə gedə bilməyib.

Səfirlik xatırladıb ki, katedral binası İranın milli mədəni irs siyahısına daxil edilib. Bəyanatın sonunda Rusiya səfirliyi ABŞ və İsrailin İrana qarşı davam edən hücumlarını kəskin pisləyib.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600