Dünya

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksinə və enerji obyektlərinə zərbələr endirib

2 Aprel 2026, 13:442
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Son 24 saat ərzində Rusiya Silahlı Qüvvələri Ukraynadakı hərbi-sənaye kompleksi (HSK) obyektinə, eləcə də enerji, nəqliyyat və liman infrastrukturu obyektlərinə zərbələr endirib.

Zefer.media xəbər verir ki, bu  barədə Rusiya Müdafiə Nazirliyi aprelin 2-də məlumat yayıb.

Zərbələrə Rusiya Silahlı Qüvvələrinin əməliyyat-taktiki aviasiyası, hücum pilotsuz uçuş aparatları (PUA), raket qüvvələri və artilleriyası cəlb edilib.

“Ukrayna hərbi-sənaye kompleksi, Ukrayna Silahlı Qüvvələri (USQ – red.) tərəfindən istifadə edilən enerji, nəqliyyat və liman infrastrukturu obyektləri, istehsal müəssisələri, uzun mənzilli pilotsuz uçuş aparatları üçün saxlama və buraxılış məntəqələri zədələnib”, – deyə nazirlik qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin və xarici muzdluların 144 rayonda müvəqqəti yerləşdirmə məntəqələri də məhv edilib.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600