“Rusiya Qərblə danışıqlara qapını açıq qoyur, lakin onlar öz şıltaqlıqlarını kənara qoyub münasibətləri qarşılıqlı faydalı əsasda qurmalıdırlar”.
Zefer.media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov qeyd edib ki, Qərblə münasibətlər böhran yaşayır və həmin böhranda ən vacib şey öz maraqlarını müdafiə etməyə davam etməkdir.
“Qapılar açıqdır və bu, şıltaqlıqlarını kənara qoyaraq gəlmək istəyənlər və bizə təklif olunanlar barədə tutarlı bir şey demək istəyənlər üçündür”, – deyə o, Rusiya Beynəlxalq İşlər Şurasının Ümumi iclasında bildirib.
Eyni zamanda, Lavrov vurğulayıb ki, dialoqa hazır olmasına baxmayaraq, Moskva heç kimin arxasınca qaçmayacaq.

















