Rostov-na-Donda Ukrayna Silahlı Qüvvələrinin (USQ) genişmiqyaslı hücumu səbəbindən zədələnmiş binaların hüdudlarında fövqəladə vəziyyət elan edilib.
Zefer.media xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar özünün “Telegram” kanalında məlumat verib.
O qeyd edib ki, Rusiya vilayətinin paytaxtında dron hücumlarına məruz qalan çoxmənzilli binalardan 56 nəfər müvəqqəti yaşayış mərkəzində saxlanılır.
Slyusar həmçinin orada tibb mərkəzinin yaradıldığını vurğulayıb. Rostov vilayətinin rəhbəri əmin edib ki, insanlara bütün lazımi yardım göstərilir.
Son məlumata görə, Rostov-na-Donda dron qırıntılarının düşməsi nəticəsində səkkiz nəfər xəsarət alıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib, altısı isə xəstəxanaya aparılıb.
Slyusar qeyd edib ki, Taqanroqda istehsal müəssisəsinin binası dron hücumu nəticəsində qismən zədələnib.
Zərintac Mayisqızı

















