“Putin və Tramp birbaşa danışıqlar aparır, Putin xüsusilə Donbasın guya müharibəni dayandırması müqabilində ona təhvil verilməsini xahiş edir”.
Zefer.media xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Bizim durduğumuz yerdə dayanmaq bu gün atəşkəs üçün ən ədalətli və etibarlı modeldir”, – deyə Zelenski qeyd edib.
Eyni zamanda, onun sözlərinə görə, Amerika tərəfi yenidən azad iqtisadi zona məsələsini gündəmə gətirib.
“Ümumiyyətlə, nə Ukrayna, nə də Rusiya azad iqtisadi zona ideyası ilə heç vaxt həyəcanlanmayıb. Rusiya bizim Donetsk bölgəsini tərk etməyimizi istəyir, lakin biz dedik ki, ən təhlükəsiz mövqe olduğumuz yerdə qalmaqdır. Amerika tərəfi kompromis variant kimi gördüklərini təklif edir. Və biz təsdiq etdik ki, tərəflər bu məsələni müzakirə ediblər”, – deyə Zelenksi bildirib.
“Biz hücuma məruz qalmasaq, enerji sektoruna hücum etməməyə hazır olduğumuzu söylədik. Əgər ruslar bunu keçən dəfə olduğu kimi qəbul edərsə, biz bunu qəbul etməyə hazırıq”, – deyə Zelenski əlavə edib.
Yeganə
















