Dünya

Rumıniyanın Ukrayna ilə sərhədi yaxınlığında pilotsuz təyyarə qəzaya uğrayıb

20 Avqust 2026, 14:041
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Ukrayna sərhədi yaxınlığında, Rumıniya ərazisində pilotsuz təyyarə qəzaya uğrayıb.
Zefer.media xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin açıqlamasında deyilir:
“Saat 4:21-də (Bakı vaxtı ilə) pilotsuz təyyarə Qalatsi şəhərindən təxminən 13 kilometr şərqdə milli hava məkanına daxil olub. Hədəf Tulça qraflığının Qrindu şəhərindən təxminən 4 kilometr şimal-şərqdə, yaşayış olmayan əraziyə düşüb. Zərbədən sonra yanğın baş verib və o, öz-özünə sönüb”.
Pilotsuz təyyarə Rumıniya hava məkanına daxil olduğu andan etibarən İspaniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-18 qırıcı təyyarəsinin pilotları tərəfindən izlənilib.
Bundan əlavə, Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus IAR-330 SOCAT helikopteri kəşfiyyat missiyası üçün havaya qaldırılıb və heyəti pilotsuz təyyarənin qəzaya uğradığını bildirib. Tələfat və ya maddi ziyan barədə məlumat yoxdur.
Daha öncə Rumıniya prezidenti Nikusor Dan iyul ayında F-16 qırıcı təyyarələrinin ölkə ərazisi üzərində üç gün ərzində üç dronu vurduğunu bildirib.
Zərintac Mayisqızı 
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600