İranın keçmiş prezidenti Həsən Ruhani ABŞ və İsrailin hücumları fonunda verdiyi açıqlamada ölkənin və xalqın maraqları naminə müharibəni şərəflə başa vurmağa hazır olmaq lazım olduğunu bildirib.
Zefer.media xəbər verir ki,o Fars körfəzi adalarına qarşı təcavüzün qarşısını almaq və Hörmüz boğazına nəzarəti qorumağın vacibliyini vurğulayıb.
Ruhani əlavə edib: “Ali Milli Təhlükəsizlik Şurası müharibənin davam edib-etməməsi ilə bağlı müxtəlif ssenariləri təcili şəkildə hüquqi müstəvidə müzakirə etməli və düşmənin təcavüzkar və aldadıcı planlarını neytrallaşdırmaq üçün qərar verməlidir”.
İslam Respublikasını qorumağın zəruriliyini qeyd edən keçmiş prezident bildirib ki, bu məqsədlə siyasətdə dərhal fundamental islahatların həyata keçirilməsi vacibdir.
Zərintac Mayisqızı

















