Gündəm

Rubio: “İran hər gün danışıq istəyir, sonra isə şərtləri dəyişir”

23 İyul 2026, 16:415
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ dövlət katibi Mark Rubio İran xarici işlər nazirinin ABŞ hücumlarına “gözə göz” prinsipi əsasında cavab veriləcəyi və Yaxın Şərqdəki ABŞ infrastrukturunun simmetrik şəkildə hədəfə alınacağı barədə açıqlamasına sərt reaksiya verib.

Zefer.media xəbər verir ki, Rubio ABŞ prezidenti Donald Trampın siyasətinin də “gözə göz” prinsipinə əsaslandığını və Tehranı atacağı addımların ağır nəticələri barədə xəbərdar etdiyini bildirib.

Dövlət katibinin sözlərinə görə, İran tərəfi demək olar ki, hər gün telefon danışıqları aparmağa və razılaşma əldə etməyə çalışır, lakin sonradan öhdəliklərini pozur və ya əvvəlki razılaşmaların şərtlərini dəyişməyə cəhd göstərir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600