Vasitəçilər İran və ABŞ arasında hərbi gərginliyi azaltmaq məqsədilə 10 günlük atəşkəs təşəbbüsü irəli sürüblər.
Zefer.media xəbər verir ki, bu haqda “Reuters” agentliyi yüksək vəzifəli iranlı rəsmiyə istinadən bildirib.
Məlumata görə, təklif ötən ay tərəflər arasında əldə olunmuş müvəqqəti razılaşmanın yenidən qüvvəyə minməsi üçün zəmin yaratmağı hədəfləyir.
İranlı rəsmi deyib ki, vasitəçilər Tehrana bu planı təqdim edərək, qarşıdurmanın yumşaldılması və diplomatik prosesin bərpası üçün atəşkəsin vacibliyini vurğulayıblar.
Zərintac Mayisqızı















