Dünya

“Reuters”: “ABŞ Rusiyanın İran hücumlarındakı mümkün rolunu araşdırır” 

23 İyul 2026, 17:401
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ kəşfiyyat orqanları Rusiyanın İranın Fars körfəzi bölgəsində Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) aid obyektlərə qarşı həyata keçirilən hücumlarda mümkün rolunu araşdırır. Bu barədə Reuters xəbər verib.

Zefer.media xəbər verir ki, araşdırma çərçivəsində Moskvanın Tehrana hədəflərlə bağlı kəşfiyyat məlumatı və ya qabaqcıl dron texnologiyası verib-vermədiyi yoxlanılır.

Reuters yazıb ki, şübhələr hücumların yüksək dəqiqliyi və Rusiyanın İrana göstərdiyi ümumi texniki dəstək fonunda yaranıb. Agentliyin məlumatına görə, mart ayında azı iki MKİ obyektinə hücum edilib. Bunlardan biri Ər-Riyadda yerləşən ABŞ səfirliyindəki MKİ stansiyası, digəri isə İraqın şərqində yerləşən ayrıca obyekt olub.

Reuters-in digər mənbəsi isə iddia edib ki, Rusiya Kometa-M peyk naviqasiya sistemini İrana ötürməklə “Shahed” pilotsuz uçuş aparatlarının dəqiqliyinin artırılmasına kömək edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600