• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.5° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Respublika Pediatriya Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib

01 İyun, 26 / 19:51
A A

Respublika Pediatriya Mərkəzində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub.

TƏBİB – dən Zefer.media – ya verilən məlumata görə, tədbirdə iştirak edən TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova, Respublika Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov, Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev və digər rəsmi şəxslər çıxış edərək uşaqların sağlamlığının qorunmasının və pediatrik xidmətlərin inkişafının əhəmiyyətindən danışıblar.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirin keçirilməsində məqsəd Uşaq Nevroloji Xəstəxanasında müalicə alan uşaqların asudə vaxtının səmərəli təşkili, onların psixoloji dəstəklənməsi, eləcə də tibb işçilərinin peşəkar inkişafına töhfə verməklə pediatrik xidmətlərin keyfiyyətinin artırılmasına dəstək göstərmək olub.

İki hissədən ibarət olan tədbirin ilk mərhələsində sözügedən tibb müəssisəsində müalicə və reabilitasiya alan uşaqlar üçün xüsusi əyləncə proqramı təşkil edilib. Proqram çərçivəsində köpük şousu nümayiş olunub, müxtəlif personajların iştirakı ilə interaktiv oyunlar və əyləncəli səhnəciklər təqdim edilib. Həmçinin üzboyama fəaliyyəti təşkil olunaraq uşaqların tədbirdə daha fəal iştirakı təmin edilib.

Əyləncə proqramının davamı olaraq personajlar tibb müəssisəsinin şöbələrini ziyarət edərək şou-proqramda iştirak etmək imkanı olmayan uşaqlar üçün qısamüddətli oyunlar və müxtəlif əyləncəli fəaliyyətlər həyata keçiriblər. Bu təşəbbüs uşaqların bayram sevincini xəstəxana şəraitində də yaşamalarına imkan yaradıb.

Tədbirin ikinci hissəsində “Tibb Personalı üçün İnkişaf Forumu” keçirilib. Forum çərçivəsində Qarabağ Universitetinin Klinikasının uşaq psixiatrı İkram Rüstəmov, Ə.F.Qarayev adına Uşaq Kliniki Xəstəxanasının həkim-psixoloqu Mahizar Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva və həkim-psixoloq Cəmilə Rəhimli “Qorxan uşağa necə yaxınlaşmalı?”, “Tükənmişlik sindromu: pediatrlarda görünməyən problem”, “Uşaq evin güzgüsüdür: ailələrin görünməyən tərəfləri” və “Valideynlə kommunikasiya” mövzularında təqdimatla çıxış ediblər.

Sahə mütəxəssislərini bir araya gətirən forum tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılmasına, pediatrik xidmət zamanı effektiv kommunikasiya və müasir psixoloji yanaşmaların tətbiqinə dəstək göstərilməsi məqsədi daşıyıb.

Respublika Pediatriya Mərkəzi uşaqların sağlamlığının qorunması və onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bənzər Xəbərlər

Gündəm

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

İyun 26, 2026
Gündəm

Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib - VİDEO

İyun 25, 2026
Gündəm

TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib

İyun 25, 2026
Gündəm

Elnur Məmmədov Maqdalena Qrono ilə görüşüb

İyun 25, 2026
Gündəm

Ceyhun Bayramov və Kuleba Azərbaycan–Ukrayna əməkdaşlığının cari gündəliyini müzakirə edib

İyun 25, 2026
Gündəm

“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib

İyun 24, 2026

XƏBƏR LENTİ

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

26 İyun, 26 / 20:53

Şəhidin qardaşından Prezidentə təşəkkür

26 İyun, 26 / 19:13

Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər- ŞƏRH 

26 İyun, 26 / 18:28

“Allah müqəddəs missiyamızda bizə güc, qüvvət nəsib etsin”

26 İyun, 26 / 12:25

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

26 İyun, 26 / 12:09

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

26 İyun, 26 / 9:12

Sumıda yanacaqdoldurma məntəqəsi vurulub

25 İyun, 26 / 18:08

“Ordumuz bu cür zabitlərin çiyinlərində yüksəlir”

25 İyun, 26 / 18:01

Şəhid hərbi qulluqçular və mülki işçilər təltif olundu

25 İyun, 26 / 17:55

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi

25 İyun, 26 / 17:40

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.