• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.2° Weather Columbus
$
1.7
€
1.9792
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

QMİ Ramazan ayının başlaması münasibətilə fitva verdi

17 Fevral, 26 / 12:30
A A

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə fitva verib.

Zefer.media fitvanın mətnini təqdim edir:

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə, 183).

Günahların bağışlandığı, dua və ibadətlərin Allah-Təalanın dərgahında qəbul edildiyi rəhmət və bərəkət ayı olan Ramazani-şərif Allah məqamında ən yaxşı aylardandır, belə ki Qurani-Kərim İslam ümmətinə bu ayda nazil olmuş, min aydan xeyirli olan Qədr gecəsi bu aya təsadüf edir. Sonsuz nemətləri ilə bizi mükafatlandıran Uca Rəbbimizə dualar edirik ki, mübarək Ramazani-şərifdə vacib oruc ibadətimizi layiqincə yerinə yetirməkdə və fəzilətləri ilə əxlaqımızı kamilləşdirməkdə yardımçımız olsun!

Qazılar Şurası Ramazan Fitvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/16 saylı və 30.01. 2026-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcəkdir, inşallah!

Şükürlər olsun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Böyük Zəfərə imza atan qəhrəman xalqımız son illərdə dini və milli bayramlarımızı, əlamətdar günləri böyük qürurla qeyd edir. Azad olunmuş torpaqlarımızda bərpa olunan, yenidən inşa olunan məscidlərimizin minarələrindən Azan səsləri yüksəlir, insanlar öz dədə-baba yurdlarına qayıdır və tarixi irsinə qovuşur. Bölgədə sülh quruculuğu istiqamətində böyük işlər görülür. Bu mənada, Mübarək Ramazan ayını günahlardan təmizlənməyin, Allahın rəhmət və rizasını qazanmağın müjdəsi ilə yanaşı, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və abadlıq işlərinin aparılması, dini-mənəvi irsimizin bərpası sevinci ilə qarşılayırıq.

İslamın təməl prinsiplərindən olan oruc ibadəti insanı Uca Allaha, iman və təqvaya daha da yaxınlaşdıran, şükr və inayətini artıran, insanlar arasında birliyi, qardaşlığı, haqqı və ədaləti bərqərar edən ibadətdir. Oruc ibadəti insanın haramlardan qorunması üçün bir imtahandır, Allahın bəxş etdiyi iradəni, səbri və dəyanəti bütünləşdirən, nəfsin önünə sədd çəkən vasitədir. Ramazanda Allahın kəlamlarını zikr etmək, elm-irfan və ibadətlə məşğul olmaq, ehtiyacı olanlar üçün iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək İlahi məqamda bəyənilən əməllərdəndir və savabdır. Tövsiyə edirik ki, duaların qəbul olunduğu bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin. Din xadimlərimiz bu ay ərzində moizə və xütbələrində Vətən torpağının mübarəkliyi, şəhidlərimizin qəhrəmanlıqlarını, ucaldıqları mənəvi zirvəni dindarlara ən yüksək səviyyədə aşılasınlar, Böyük Qarabağ Zəfərindən sonra dövlətimizin bölgədə və beynəlxalq müstəvidə sülh quruculuğu yolunda dəyərli səylərini, milli-mənəvi irsimizin dirçəldilməsi yönündə misilsiz işləri, müstəqil dövlətçiliyimizin uğurlarını dindarlara ətraflı çatdırsınlar. Həmçinin, bir daha din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır, çünki Allahın hökmü, Peyğəmbərin (s) əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir. Din xadimləri bu qaydalara riayət olunmasına görə məsuliyyət daşıyırlar və şəri baxımdan buna cavabdehdirlər.

Bu il Rəbbimizin vacib ilahi əmri olan mübarək Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Qurani-Kərimdə bu dirçəlişin ilahi mənası: “Allah göydən rəhmət yağışı göndərir, Yer üzünü yenidən dirildir” – şəklində açıqlanır. Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Biz Ramazanın ilahi önəmini nəzərə alaraq tövsiyə edirik ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın və bununla da xalqımız həm Ramazanın, həm də Novruzun sevinc və bərəkətlərinə qovuşsun. Zəfər dönəmini yaşayan Azərbaycanda müqəddəs Ramazan və mübarək Novruz bayramlarının üst-üstə düşməsi Uca Allahın Lütfü ilə xeyirlərə vəsilə olan böyük müjdədir.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcəkdir. Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcəkdir. Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunur.

Bu mübarək ayda suverenlyimizin və ərazi bütövlüyümüzün bərpası, əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, bərpa edilmiş məscidlərimizdə azanların verilməsi, bayram namazlarının qılınması naminə fövqəladə işlər həyata keçirən dövlət başçımız, Zati-aliləri Prezident İlham Əliyev cənablarına, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik. Bu möhtəşəm Zəfərin təcəllisi naminə canından keçən bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayırıq. Qadir Allahdan duamız budur ki, ölkəmizi və xalqımızı, müdrik dövlət başçımızı və müzəffər ordumuzu bəlalardan hifz edib qorusun, bayrağımızı uca, dövlətimizi və dinimizi daimi etsin! Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası olaraq Ramazan və Novruzun mübarək qədəmlərinin xalqımız, dövlətimiz üçün uğurlu olmasını diləyirik. Uca Rəbbimiz bu mübarək ayın fəzilətlərinə xatir oruc və ibadətlərimizi qəbul etsin. Amin!

Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!”

Bənzər Xəbərlər

Cəmiyyət

Elm və təhsil naziri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

May 25, 2026
Manşet

İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

May 25, 2026
Cəmiyyət

WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilib

May 25, 2026
Cəmiyyət

Mənzil və torpaq bazarında hazırda vəziyyət nə yerdədir? - AÇIQLAMA 

May 25, 2026
Cəmiyyət

Bayram namazının qılınma vaxtı nə vaxtı açıqlandı

May 25, 2026
Cəmiyyət

Sabah Bakıya yağış gözlənilir

May 25, 2026

XƏBƏR LENTİ

Elm və təhsil naziri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

25 May, 26 / 17:30

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

25 May, 26 / 17:22

Azərbaycanın Serbiyada qaz turbin elektrik stansiyasının tikintisi ilə bağlı saziş təsdiq edilib

25 May, 26 / 17:21

Si Cinpin Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

25 May, 26 / 17:19

Azərbaycan Serbiya ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək

25 May, 26 / 17:15

İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

25 May, 26 / 16:56

İran rəsmiləri ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün Qətərə yola düşüblər

25 May, 26 / 16:51

Tramp: “İranla razılaşma ya əla olacaq, ya da olmayacaq”

25 May, 26 / 16:47

“Rubionun İrəvana səfərinin qarşıdakı seçkilərlə əlaqəsi yoxdur”

25 May, 26 / 16:45

WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilib

25 May, 26 / 16:42

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.