Xarici xəbərlər

Qızını öldürüb meyitini doğramış şəxs Ukraynada döyüşlərdə ölüb

7 Oktyabr 2026, 17:041
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

8 aylıq qızını öldürməkdə və meyitini parçalamaqda təqsirli bilinərək 15 il həbs cəzası alan Yakov Mayborodanın Ukraynada döyüşlər zamanı öldüyü bildirilir.

Zefer.media “Post”a istinadən xəbər verir ki, Mayboroda 2025-ci il aprelin 3-də hücum zamanı həlak olub. Onun adı Rostov vilayətinin Çertkovo şəhərində yerləşən hərbi memorialda aşkarlanıb.

Məlumata görə, Mayboroda və həyat yoldaşı Anastasiya 2024-cü ildə 8 aylıq qızlarının qətlinə görə məhkum ediliblər. Onlar uşağın meyitini parçaladıqdan sonra ətçəkən maşında xırdalayıb, qalıqları dondurucuda gizlədiblər.

Anastasiya 13, həyat yoldaşı isə 15 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya prosesindən sonra Mayboroda kassasiya şikayətindən imtina edərək hərbi müqavilə imzalayıb. Həyat yoldaşının da tibb işçisi kimi müharibəyə getmək istədiyi bildirilir.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600