“Bir qazi olaraq sözüm “Azəriqaz” İstehsalat Birliyinədir. Gətirib qazı evimin giriş qapısına yerləşdiriblər. Dəfələrlə müraciət etmişəm, ərizə aparıb vermişəm, lakin yola verirlər”.
Zefer.media xəbər verir ki, bu fikirləri Yevlax rayonunun Gülövşə kəndinin sakini qazi Mehman Cümşüdlü öz sosial şəbəkə hesabında paylaşıb.
“Mən 3-cü qrup əliləm, psixoloji vəziyyətim yerində deyil. Atam da 2-ci qrup əlildir, xərçəng xəstəsidir. Aidiyyatı qurumlardan qazi kimi xahiş edirəm bu işə baxsınlar. Evdə olsam da, olmasam da giriş qapımdan girirlər, sayğacı yazıb gedirlər. Keçən ay icazə vermədim, amma necə olur ki, çeksiz mənə 100 manat qaz pulu gəlib. Özbaşınalığa son qoymaq lazımdır. Yevlax rayon Gülövşə kəndində yaşayıram, 9 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişəm”.
Zərintac Mayisqızı

















