Xarici xəbərlər

Qalibaf: “Hörmüz boğazı şərtlər yerinə yetirilməyənədək bağlı qalacaq”

18 Avqust 2026, 15:122
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Hörmüz boğazı ABŞ-İran memorandumu çərçivəsində nəzərdə tutulan şərtlər yerinə yetirilənədək açılmayacaq.

Zefer.media xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf bildirib.

Qalibafın sözlərinə görə, blokada və neft embarqosu aradan qaldırılmalı, İranın dondurulmuş aktivləri azad edilməli, bütün cəbhələrdə təhdid və hərbi əməliyyatlara son qoyulmalı, eləcə də memorandumun digər şərtləri yerinə yetirilməlidir.

İran parlamentinin sədri memorandum çərçivəsində blokadanın və atəşkəsin aradan qaldırılması ilə bağlı əldə olunan imkanların ölkənin iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə və müdafiə qabiliyyətinin bərpasına töhfə verdiyini bildirib.

O, vurğulayıb ki, İran İslam Respublikası qarşı tərəfin addım və hücumlarına “əvvəlkindən daha ağır cavab” verməyə hazırdır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600