Dünya

Qəzza jurnalistlərinin hekayələri “The Living Record” layihəsində yaşadılacaq

13 Avqust 2026, 12:561
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İsrailin Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində Əl-Cəzirə telekanalının jurnalisti Ənəs əl-Şərifin öldürülməsindən bir il sonra onun və digər fələstinli jurnalistlərin həyat və fəaliyyətlərini əks etdirən yeni layihə hazırlanıb.

Zefer.media “Middle East Eye” nəşrinə istinadən xəbər verir ki, “The Living Record” adlı layihə Qəzzada həlak olan jurnalistlərin hekayələrini onların bölgədəki həmkarlarının gözü ilə təqdim etməyi hədəfləyir.

Məlumata görə, 2024-cü ildə Qəzzadakı müharibə zamanı Ənəs əl-Şərifin çəkdiyi fotolar “Reuters” agentliyinin sonradan “Pulitzer” mükafatına layiq görülən son xəbərlər üzrə fotojurnalistika işinə töhfə verib.

Lakin onun ölümündən sonra “Reuters” jurnalisti İsrail tərəfinin onun HƏMAS-ın liderlərindən biri olması ilə bağlı irəli sürdüyü, müstəqil şəkildə təsdiqlənməmiş iddiaların kontekstində təqdim edib.

Nəşr qeyd edir ki, Qəzzada 2023-cü ildən bəri öldürülən 200-dən çox fələstinli jurnalistin taleyi ilə bağlı bir sıra beynəlxalq media qurumlarının yanaşmasında da oxşar hallar müşahidə olunub.

“The Living Record” layihəsi ilkin mərhələdə 50 jurnalistin xatirəsinə həsr olunmuş materiallarla fəaliyyətə başlayıb.

Layihə çərçivəsində daha onlarla jurnalistin hekayəsinin ilin sonunadək təqdim edilməsi planlaşdırılır.

Layihənin əsas məqsədi Qəzzada həlak olan jurnalistlərin yalnız ölüm xəbərləri ilə deyil, onların həyatları, peşə fəaliyyəti və həmkarlarının xatirələri ilə yadda qalmasına imkan yaratmaqdır.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600