Hadisə

Qəzaya düşən hərbçilərimizin SON VƏZİYYƏTİ

9 Fevral 2026, 12:1723
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Şəmkirdə qəzaya düşən hərbçilərin vəziyyəti açıqlanıb.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 8-i saat 16:30 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

1997-ci il təvəllüdlü şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, qəza nəticəsində 1988-ci il təvəllüdlü Altun Mustafayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Həmçinin oxuyun: http://142.132.195.126/~zefermedia/h%c9%99rbcil%c9%99rimiz-q%c9%99zaya-dusdu-ol%c9%99n-v%c9%99-yaralananlar-var/

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600