Oman və İran arasında bölgədə gərginliyin azaldılması ilə bağlı aparılan məsləhətləşmələrdə dönüş nöqtəsinə yaxınlaşılır.
Zefer.media xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari brifinq zamanı bildirib.
Onun sözlərinə görə, son günlər həm Oman, həm də İran paytaxtlarından danışıqlarla bağlı müsbət mesajlar səslənib.
“Son bir neçə gündə hər iki paytaxtdan müsbət açıqlamalar eşitdik və nəticələri səbirsizliklə gözləyirik”, – deyə əl-Ənsari bildirib.
Diplomat qeyd edib ki, Qətər mümkün razılaşmanın əldə olunmasında hər hansı gecikmənin tərəfdarı deyil. O, beynəlxalq hüquqa uyğun olaraq Hörmüz boğazında sərbəst gəmiçiliyin dərhal bərpa edilməsini dəstəklədiklərini vurğulayıb.
Əl-Ənsari, həmçinin ABŞ və İran arasında davam edən məsləhətləşmələr çərçivəsində kompensasiya ödənişləri məsələsinin müzakirə edilməsi ilə bağlı Qətər tərəfinin məlumatının olmadığını ifadə edib.
Aytən Yalçınqızı




