Siyasət

Putin: İran xalqı suverenliyi uğrunda mübarizə aparır

27 Aprel 2026, 18:411
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüş keçirib.

Zefer.media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Görüş zamanı Putin bildirib ki, İranın ali rəhbərindən mesaj alıb.

O deyib: “İran xalqı hazırkı sınaq dövründə suverenliyi uğrunda cəsarətlə və qəhrəmancasına mübarizə aparır”.

Rusiya prezidenti qeyd edib ki, Moskva İran xalqının bu çətin mərhələni dəf edəcəyinə və bölgədə sülhün bərqərar olacağına ümid edir. Putin əlavə edib ki, Rusiya Yaxın Şərqdə sabitliyin təmin olunması üçün İranın və region ölkələrinin maraqları naminə mümkün olan bütün addımları atmağa hazırdır.

Putin İranın ali rəhbərinə cansağlığı və ən xoş arzularını çatdırmağı xahiş edib.

Əraqçı söyləyib ki, İranın ali rəhbəri və prezident Məsud Pezeşkian da Putinə xoş arzularını çatdırıblar.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600