Xarici xəbərlər

Polşada bütün növ yanacaqların qiyməti endirilir

15 Aprel 2026, 14:471
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Polşada yanacaq qiymətlərinə tətbiq olunan maksimal həddlər 16 aprel, cümə axşamı günündən etibarən aşağı salınacaq.

Zefer.media RMF24 Energetika Nazirliyinin qərarına istinadən xəbər verir ki, yeni müəyyən edilmiş limitlərə əsasən:

AI-95 markalı benzinin litri 6,08 zlotidən (təxminən 1,52 dollar) çox olmayacaq.

AI-98 markalı benzinin litri 6,61 zlotidən (təxminən 1,65 dollar) artıq olmayacaq.

Dizel yanacağının litri isə 7,23 zlotidən (təxminən 1,81 dollar) yuxarı olmayacaq.

Əvvəlki günlə müqayisədə bütün yanacaq növləri üzrə qiymətlərdə azalma qeydə alınacaq. Xüsusilə dizel yanacağı daha çox ucuzlaşaraq hər litr üzrə təxminən 18 sent aşağı düşəcək.

Müqayisə üçün qeyd edək ki, bundan əvvəl maksimal qiymətlər belə idi:

AI-95 – 6,16 zlotı

AI-98 – 6,70 zlotı

Dizel – 7,41 zlotı

Energetika Nazirliyi bildirib ki, tətbiq olunacaq yeni qiymətlər CPN (Aşağı Yanacaq Qiymətləri) proqramının başlanmasından bəri ən aşağı səviyyə olacaq.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600