Polşa Ukraynaya nümayişkaranə dəstək göstərməsinə baxmayaraq, Kiyevin hərbçilərini ölkənin ən böyük hərbi paradına dəvət etməyib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Polşa Silahlı Qüvvələri Günü münasibətilə keçiriləcək hərbi parad avqustun 15-də Varşavada baş tutacaq.
Məlumata görə, paradın iştirakçıları arasında ABŞ, Kanada, Avstraliya, Litva, Estoniya, İsveç və Rumıniya hərbçiləri də olacaq.
Tədbirdə ümumilikdə 1,8 mindən çox hərbçinin iştirakı, 300-ə yaxın hərbi texnikanın və 60 hava vasitəsinin nümayiş etdirilməsi planlaşdırılır.
Bununla belə, Ukrayna hərbçiləri paradın iştirakçıları sırasında yer almayacaq. Polşanın son illərdə Ukraynaya açıq şəkildə verdiyi dəstək fonunda bu qərar diqqət çəkib.
Qəmər Kazımzadə




