Dünya

Polşa qırıcı təyyarələrini havaya qaldırıb

14 İyul 2026, 18:201
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Polşa qırıcı təyyarələri Baltik dənizi üzərindən uçan Rusiyaya məxsus İl-20 təyyarəsi səbəbindən havaya qalxıb.

Zefer.media xəbər verir ki, bu barədə 14 iyulda Polşanın milli müdafiə naziri Vladislav Kosiniak-Kamış bildirib.

Nazirin sözlərinə görə, Rusiya təyyarəsi beynəlxalq zonada uçub. Kosiniak-Kamış onu da ifadə edib ki, Varşavanın məlumatına görə, İl-20 Polşa sahillərindən 30 kilometr aralıda havada olub.

RMF24 radiosu onun sözlərini sitat gətirib : “Növbətçi hissədə olan iki qırıcı təyyarəmiz Rusiya kəşfiyyat təyyarəsini ələ keçirib” .

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600