Dünya

Polşa 300 minlik ordu ehtiyatı hazırlayır

10 Fevral 2026, 13:234
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Polşa Müdafiə Nazirliyi yüksək hazırlıqlı ehtiyat qüvvələrinin genişmiqyaslı təlimlərinə başlayır.

Zefer.media xəbər verir ki, bu barədə nazirliyin rəhbəri Vladislav Kosiniyak-Kamış bildirib.

“Peşəkar ordu və ərazi müdafiə qüvvələri ilə birlikdə 500 min hərbçidən ibarət yüksək hazırlıqlı ehtiyat yaradılacaq”, – Polşanın müdafiə naziri deyib.

O, qeyd edib ki, ehtiyatda olanların sayı 300 min nəfərdir.

Kosinyak-Kamışın sözlərinə görə, müvafiq təlim proqramı bu ilin martında başlayacaq.

Polşa Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, ehtiyat qüvvələrin formalaşdırılması zərurəti digər şeylərlə yanaşı, qaçılmaz demoqrafik dəyişikliklərlə bağlıdır ki, bu da ordunun ildən-ilə daha az və daha az çağırışa arxalana bilməsinə gətirib çıxaracaq.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600