Dünya

Pezeşkian-Koşta telefon danışığı: İran şərtlərini açıqladı

1 Aprel 2026, 12:323
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran prezidenti Məsud Pezeşkian Avropa Şurasının prezidenti Antonio Kosta ilə telefon danışığı aparıb.

Zefer.media xəbər verir ki, tərəflər söhbət zamanı ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların son vəziyyətini, mümkün nəticələrini və bölgədə yaranmış gərginliyi müzakirə ediblər.

Pezeşkian bildirib ki, vəziyyətin normallaşmasının əsas şərti ABŞ və İsrailin İrana qarşı təcavüzünün dayandırılmasıdır.

İran prezidenti qeyd edib ki, Tehran heç vaxt müharibə və gərginlik axtarmayıb, ancaq müəyyən şərtlər daxilində, xüsusilə də hücumların təkrarlanmayacağına dair zəruri zəmanətlər verildiyi halda müharibəni dayandırmağa hazırdır.

Pezeşkian xəbərdarlıq edib ki, bölgədə mövcud vəziyyətə hər hansı bəhanə ilə xarici müdaxilə təhlükəli nəticələrə səbəb ola bilər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600