• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.7° Weather Columbus
$
1.7
€
1.9507
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Pezeşkian: İran təzyiq və mühasirə altında danışıqlara girməyəcək

26 Aprel, 26 / 13:04
A A

İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefonla danışıb.

Zefer.media xəbər verir ki, bu barədə “IRNA” məlumat yayıb.

Pezeşkian ABŞ-nin İrana qarşı dəniz və ərazi məhdudiyyətlərinin son zamanlar artırılmasının etimadın qurulması və diplomatiya üçün ciddi maneə olduğunu bildirib və əlavə edib:

“ABŞ-yə açıq məsləhətimiz budur: problemlərin həlli üçün uyğun bir zəmin yaradılacaqsa, əvvəlcə blokada da daxil olmaqla əməliyyat maneələri aradan qaldırılmalıdır. Çünki İran təzyiq, təhdid və blokada altında danışıqlara girməyəcək”.

İran prezidenti qeyd edib ki, danışıqlar prosesi yalnız qarşılıqlı hörmət və etimadın qurulması yolu ilə irəliləyə bilər və təzyiq və təhdid siyasəti davam edərkən dialoq nəticə verə bilməz.

Pezeşkian müharibəni başlayan tərəfin İran olmadığını və regional qeyri-sabitlik istəmədiyini bildirib və əlavə edib ki, danışıqlar yalnız bərabər şərtlərlə və beynəlxalq hüquq çərçivəsində aparıla bilər.

Digər tərəfdən, Pakistanın Baş naziri Şərif görüş zamanı ölkəsinin İranla qardaşlıq və həmrəylik münasibətlərinə dəyər verdiyini və mövcud gərginliyin azaldılması üçün diplomatik səyləri fəal şəkildə dəstəklədiyini ifadə edib.

Pakistanın bölgədəki gərginliyi azaltmaq üçün Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı ilə əlaqələrinə toxunan Şərif, bu təşəbbüslərin atəşkəsin qorunması və davamlı sülhə nail olmaq üçün çox vacib olduğunu söyləyib.

Pakistanın İranın suverenliyini və təhlükəsizliyini hədəf alan heç bir addımı qəbul etməyəcəyini vurğulayan Şərif, İranın təzyiq və müharibə ilə ram edilə bilməyəcəyini, İran xalqının güclü müqavimət göstərdiyini və rejim dəyişikliyi gözləntilərinin real olmadığını vurğulayıb.

Hazırkı dövrün son dərəcə həssas olduğunu və səhv addımların bölgəni daha böyük bir böhrana sürükləyə biləcəyini xəbərdar edən Pakistan Baş naziri, bütün tərəflərin təmkinli davranmalı olduğunu deyib.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Dünya

Kaja Kallas: Rusiyada demokratiyadan yalnız görüntü qalıb

Sentyabr 21, 2026
Dünya

Tehran səmasında qeyri-adi rəngli işıqlar görünüb

Sentyabr 21, 2026
Dünya

Tramp Yəməndə husilərə zərbə endirmək planından imtina edib

Sentyabr 21, 2026
Dünya

İtaliyada məktəblərdə burqa və niqab qadağası planlaşdırılır

Sentyabr 21, 2026
Dünya

Umerov: Rusiya və Ukrayna danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib

Sentyabr 21, 2026
Dünya

Suriyada Hələb yaxınlığında sursat anbarında partlayış baş verib

Sentyabr 21, 2026

XƏBƏR LENTİ

Bakıda üstünə monitor aşan qadının son vəziyyəti açıqlanıb

21 Sentyabr, 26 / 13:48

Sentyabrın 22-də Bakıda hava necə olacaq? – Yağış ehtimalı var

21 Sentyabr, 26 / 13:32

“Neftçi”dən tarixi nəticə: 1000-ci oyunda 550-ci qələbə

21 Sentyabr, 26 / 13:24

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

21 Sentyabr, 26 / 13:18

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub

21 Sentyabr, 26 / 13:14

ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər

21 Sentyabr, 26 / 13:00

Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib

21 Sentyabr, 26 / 12:55

Türk dünyasının siyasi gücü və birliyi

21 Sentyabr, 26 / 12:39

Kaja Kallas: Rusiyada demokratiyadan yalnız görüntü qalıb

21 Sentyabr, 26 / 12:34

Deputat tıxacda qalıb: “Vəziyyət dözülməz həddə çatıb”

21 Sentyabr, 26 / 12:32

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.