Ermənistanın Baş naziri Nikol Paşinyanın Müqəddəs Anna kilsəsində Tsaxkazar liturgiyasında iştirakı zamanı insident yaşanıb.
Zefer.media xəbər verir ki, liturgiya başlayandan təxminən 20 dəqiqə sonra Paşinyan kilsədən çıxarkən bir gənc ona yaxınlaşmağa cəhd edib. Lakin baş nazirin mühafizəçiləri buna imkan verməyərək həmin şəxsi içəri dartmağa başlayıblar.
Hadisə yerində olanlar baş verənlərə kəskin etiraz ediblər.
Bildirilir ki, gənc “Mənə elə baxma” deyə Paşinyana müraciət edib və ona yumruq atıb.
Məlumata görə həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Təhlükəsizlik əməkdaşlarının operativ müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb və Nikol Paşinyan xəsarət almayıb.
Bununla yanaşı, erməni mediasının yaydığı digər məlumatda bildirilir ki, hücumun təşkilatçısı kimi təqdim olunan Gevorq Gevorqyan radikal baxışları ilə tanınır və onun Rusiyaya yaxın qüvvələrlə əlaqəli olduğu iddia edilir.
Zərintac Mayisqızı

















