Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin proqramını təqdim edərkən bildirib ki, İrəvanla Moskva arasındakı münasibətlər qaçılmaz olaraq dəyişəcək.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, bu dəyişiklik birbaşa Azərbaycanla sülhün əldə olunması və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlıdır.
“Ermənistanla Rusiyanın münaqişə şəraitindəki münasibətləri bir məsələdir, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğu, həmçinin Ermənistan-Türkiyə münasibətlərində gərginliyin olmadığı və müsbət perspektivin göründüyü şəraitdəki münasibətlər isə tamamilə başqa məsələdir”, – deyə Paşinyan bildirib.
Pərvin Hacıyeva

















