Avrasiya İqtisadi Birliyinin (AİB) digər üzvləri ilə əməkdaşlığın gücləndirilməsi Ermənistan üçün xarici siyasət və iqtisadi prioritet olaraq qalır.
Zefer.media xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, həmin yanaşma yeni hökumətin proqramında da öz əksini tapacaq.
Nazirin sözlərinə görə, İrəvan eyni zamanda AİB-in əsasını təşkil edən prinsiplərə sadiq qalmağı müdafiə edir. Təşkilatın əsas prinsiplərindən biri malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətidir.
“Təəssüf ki, bu prinsiplər praktikada tam şəkildə tətbiq olunmur. Müəyyən məhdudiyyətlər və inzibati tədbirlər ümumi bazarın tam fəaliyyətinə mane olmağa davam edir, biznes şəraitinin proqnozlaşdırıla bilməsini və inteqrasiya proseslərinin effektivliyini azaldır “, – Paşinyan vurğulayıb.
Zərintac Mayisqızı

















