Bu gün Pakistanın Cənubi Vəziristan bölgəsindəki Vana şəhərinin “Rüstəm” bazarında baş verən bomba partlayışı nəticəsində üç nəfər həlak olub, dörd nəfər yaralanıb.
Zefer.media xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb.
Bildirilib ki, yerli mənbələr bölgədəki nüfuzlu qəbilə ağsaqqalı Malik Tariq Vəzirin ölənlər arasında olduğunu açıqlayıb.
Zərintac Mayisqızı

















