Siyasət

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə birgə müdafiə haqqında saziş imzalayıb

7 Avqust 2026, 16:3617
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıblar. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Zefer.media xəbər verir ki, sənəd Məkkədəki Əl-Səfa sarayında keçirilən birgə müdafiə üzrə sammitdə imzalanıb.

Sazişə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif imza atıblar.

Razılaşmaya əsasən üç ölkədən birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına edilmiş hücum kimi qiymətləndiriləcək.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600