Dünya

Pakistan, Misir və Türkiyənin zəmanətləri İran üçün yetərli deyil – Əraqçı

1 Aprel 2026, 13:022
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İranın xarici işlər naziri Abbas Əraqçı atəşkəs məsələsində Pakistan, Misir və Türkiyənin mümkün zəmanətlərinin Tehran üçün kifayətli olmadığını bildirib.

Zefer.media xəbər verir ki, nazir bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində danışıb.

Əraqçı qeyd edib ki, İran BMT Təhlükəsizlik Şurasının mexanizmləri vasitəsilə təhlükəsizliyin təmin olunmasına da şübhə ilə yanaşır.

“Praktika göstərir ki, hətta BMT Təhlükəsizlik Şurasının zəmanətləri belə bizim üçün yetərli deyil. Tərəfdaşlarımız müxtəlif ideyalar irəli sürüblər və biz hazırda münaqişəyə İranın şərtləri ilə son qoyularsa, hansı mexanizmlərin real təsirli ola biləcəyini araşdırırıq”, – deyə nazir bildirib.

Əraqçı habelə Vaşinqtonun ultimatumlarını qəbul etməyəcəklərini vurğulayıb.

“ABŞ prezidenti yanaşmasını dəyişməlidir. İranın böyük və müstəqil xalqı ilə təhdid dili ilə danışmaq olmaz. Əks halda cavab döyüş meydanında veriləcək”, – o, əlavə edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600