Dünya

Pakistan İranın  BƏƏ-yə hücumlarını pislədi

5 May 2026, 12:565
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Pakistanın baş naziri Şahbaz Şərif İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumlarını kəskin şəkildə pisləyib.

Zefer.media xəbər verir ki, o, “X” hesabında etdiyi paylaşımda Pakistanın bu hücumları qətiyyətlə rədd etdiyini bildirib və BƏƏ prezidenti Məhəmməd bin Zayedlə həmrəy olduğunu vurğulayıb. Şərif BƏƏ hökumətinə və xalqına dəstəyini ifadə edib.

Baş nazir əlavə edib ki, Pakistan “qardaş BƏƏ-nin yanında möhkəm dayanır”.

Qeyd edək ki, Pakistan hazırda Tehran və Vaşinqton arasında aparılan atəşkəs danışıqlarında vasitəçi rolunu oynayır. BƏƏ ilə bağlı iqtisadi və diplomatik gərginlik fonunda regionda siyasi balans da həssas vəziyyətdə qalır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600