Pakistanın ABŞ və İran arasında davam edən danışıqların ikinci raunduna ev sahibliyi etməsi ehtimal olunur.
Zefer.media xəbər verir ki, görüşün gələn həftənin əvvəlində keçirilməsi planlaşdırılır. İslamabadın məqsədi Vaşinqton və Tehran arasında ilkin razılaşma istiqamətində irəliləyişə şərait yaratmaqdır.
Bildirilir ki, Pakistan danışıqlar prosesində platforma rolunu gücləndirməyə çalışır və bu məqsədlə diplomatik əlaqələri genişləndirir. İslamabad ABŞ prezidenti Donald Trampın Çin səfərindən əvvəl müəyyən irəliləyiş əldə olunacağına ümid edir.
Zərintac Mayisqızı

















