Dünya

“Ozon” 38 regionda çatdırılma zamanı ödənişi dayandırıb

25 Avqust 2026, 17:101
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiyanın “Ozon” marketpleysi anbarlarına hücumların fonunda 38 regionda sifariş zamanı ödəniş imkanını ləğv edib.

Zefer.media Rusiya KİV-lərinə istinadən xəbər verir ki, üç gün ərzində “Ozon”un Samara vilayəti, Orenburq, Krasnodar, Mahaçqala, Adıgey və Nevinnomısskdə yerləşən ümumilikdə altı obyektinin hücuma məruz qaldığı bildirilir.

Məlumata görə, şirkət bundan əvvəl də 56 anbarının ünvanını açıq məlumat bazasından çıxarıb.

Yeni qaydalara əsasən, sözügedən 38 regionda “Ozon” anbarlarından göndərilən məhsulların ödənişi yalnız əvvəlcədən həyata keçirilə bilər.

Şirkətin bu qərarı sifarişlərin ləğvi və geri qaytarılması hallarının sayını azaltmaq məqsədi daşıyır.

Aytən Yalçınqızı

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600