Oreхovskaya mütəşəkkil cinayətkar qruplaşmasının üzvü olmuş 55 yaşlı Aleksandr Şarapov Ukraynada müharibə zamanı öldürülüb. “Ded” ləqəbli Şarapov may ayında Donetsk vilayətində itkin düşüb.
Zefer.media Kremlə yaxın “Telegram” kanallarına istinadən xəbər verir ki , yaxınları bu yaxınlarda onun ölümü barədə arayış alıblar. Bununla belə, cəsədini hələlik evə gətirmək mümkün olmayıb.
Şarapov 2001-ci ildə beynəlxalq axtarışa verilsə də, yalnız 16 il sonra saxlanılıb. O, ailəsi ilə birlikdə Suzdal yaxınlığındakı kəndlərdən birində gizlənib.
Məlumata görə, keçmiş killerin Oreхovskaya cinayətkar qruplaşmasının tərkibində törətdiyi beş qətl sübuta yetirilib.
Aytən Yalçınqızı




