Dünya

Orban Rutteni TƏNQİD ETDİ

9 Fevral 2026, 17:001
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Macarıstanın baş naziri Viktor Orban NATO-nun baş katibi Mark Ruttenin Qərb hərbi-siyasi blokunun qoşunlarının Ukraynada quruda, dənizdə və havada olması barədə fikirlərini tənqid edib.

Zefer.media xəbər verir ki, onun açıqlamalarından bir parça X sosial media platformasında dərc edilib.

“Hər həftə Avropanı müharibəyə yaxınlaşdıran yeni hadisələr baş verir”, o, öz fikirlərini bölüşüb.

Macarıstan hökumətinin başçısı, həmçinin Avropa Parlamentindəki Avropa Xalq Partiyasının lideri Manfred Veberin Ukrayna ərazisində Aİ geyimində hərbçilərin olmasını arzuladığını bildirən sözlərinə diqqət çəkib.

Orban cavabında avropalıları, xüsusən də gənc macarları Ukraynadakı döyüşlərdə iştirak etmək istəmədiyini göstərib. Macarıstanın baş nazirinin sözlərinə görə, ən çətin dövrlər hələ qabaqdadır. O, əmin edib ki, ölkəsinin bu çılğınlığa sürüklənməsinə imkan verməyəcək.

Yeganə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600