Dünya

“Onlar müsəlman deyillər”

20 İyul 2026, 18:4515
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əmir Həyat-Müqəddəm bəzi ərəb ölkələrinin liderlərini sərt tənqid edərək, onların özlərini müsəlman kimi təqdim etsələr də, əslində belə olmadıqlarını iddia edib.

Zefer.media xəbər verir ki, “ILNA” agentliyinə müsahibəsində millət vəkili bildirib:

“Bəzi ərəb liderləri özlərini müsəlman adlandırırlar, amma əslində belə deyillər. Onlar yalnız hakimiyyətlərini qorumaq üçün namaz qılırmış kimi davranırlar”.

O, gələcəkdə ərəb xalqlarının həmin liderləri hakimiyyətdən uzaqlaşdıracağına ümid etdiyini də vurğulayıb.

Deputatın sözlərinə görə, əgər Bəhreyn, BƏƏ, Küveyt, İordaniya, Qətər və ya Səudiyyə Ərəbistanı ərazisindən İrana qarşı hücumlar həyata keçirilərsə, Tehran həmin ölkələrə cavab zərbələri endirəcək.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600