Oman Hörmüz boğazında təhlükəsiz keçidin bərpası üçün səylər göstərir.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Omanın xarici işlər naziri Bədr əl-Busaidi X sosial şəbəkəsində yazıb: “Oman Hörmüz boğazından təhlükəsiz keçidin təşkili üzərində intensiv işləyir.”
Omanlı nazir həmçinin xəbərdarlıq edib ki, ABŞ və İsrailin İranla münaqişəsi davam edərsə, bu, daha ciddi iqtisadi problemlərə səbəb ola bilər.
Martın 22-də “Washington Post” qəzeti yazıb ki, Qətər və Oman rəsmiləri İranın ABŞ və İsraillə münaqişəsində atəşkəs məsələsini müzakirə etməyə başlayıblar.
Qeyd olunub ki, Oman ABŞ ilə İran arasında, tərəflərin Tehrana qarşı Amerika-İsrail hərbi əməliyyatına başlamazdan əvvəl apardıqları danışıqlarda vasitəçi kimi çıxış edib.

















