Nyu-York şəhərində eniş edərkən sərnişin təyyarəsi dronla toqquşub və dönərkən pilot kabinəsinin birbaşa üzərinə düşüb.
Zefer.media xəbər verir ki, bu barədə “Sky News” nəşri məlumat yayıb.
Hadisə göyərtəsində 220 sərnişin olan “Airbus A321” təyyarəsi ilə baş verib.
“Təyyarə insidentsiz eniş edib, sərnişinlər həmişəki kimi təyyarədən düşüblər və uçuşdan sonrakı yoxlama üçün təyyarə istismardan çıxarılıb, lakin heç bir zədə və ya toqquşma əlamətləri aşkar edilməyib”, – deyə aviaşirkətin mətbuat xidməti açıqlayıb.
ABŞ Federal Aviasiya Administrasiyası (FFA) hadisə ilə bağlı araşdırmaya başladığını qeyd edib.
FFA bildirir ki, dronlar hava limanlarının yaxınlığında uçurulmamalıdır, çünki pilotların uçuş zamanı onları görməsi çətindir.
Zərintac Mayisqızı

















