Dünya

NYT: “İran müharibəsi Trampın reytinqini son illərin ən aşağı səviyyəsinə endirib”

31 İyul 2026, 12:280
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“CNN”, “Associated Press–NORC” və “Quinnipiac “Universiteti tərəfindən keçirilən üç müstəqil sorğunun nəticələrinə görə, ABŞ prezidenti Donald Trampın bəyənilmə reytinqi müvafiq olaraq 34%, 33% və 32%-ə enib.

Zefer.media xəbər verir ki, həmin göstəricilər onun prezidentliyinin ən aşağı səviyyələri arasında qiymətləndirilir.

CNN sorğusunda respondentlərin 75%-i Trampın ölkənin ən vacib problemlərinə kifayət qədər diqqət ayırmadığını bildirib.

“The New York Times”ın istinad etdiyi təhlillərə görə, reytinqin azalması İranla müharibənin iqtisadi nəticələri və Tramp administrasiyasının fəaliyyətindən artan narazılıq fonunda baş verib.

Hesabatda qeyd olunur ki, başqa bir sorğunun nəticələrinə əsasən, 2024-cü il prezident seçkilərində Trampa səs verənlərin 23%-i artıq bu seçimindən peşman olduğunu bildirib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600