İran ABŞ prezidenti Donald Trampın İraqın baş naziri Əli əl-Zeydi vasitəsilə Tehrana çatdırdığı atəşkəs təklifini rədd edib.
Zefer.media xəbər verir ki, bu barədə The New York Times İran və İraq rəsmilərinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, vasitəçilik cəhdi Trampın İrana qarşı hərbi əməliyyatları genişləndirə və ölkənin mühüm infrastruktur obyektlərinə zərbələr endirə biləcəyi ilə bağlı xəbərdarlıqları fonunda baş tutub.
Məlumatda qeyd olunur ki, atəşkəs təklifinin detalları açıqlanmasa da, İran rəsmiləri bunun hazırda təqdim olunan yeganə təklif olduğunu bildiriblər. Onlar əlavə ediblər ki, Tehran Hörmüz boğazına nəzarət məsələsini həll etməyən müvəqqəti razılaşmada maraqlı deyil.
Tehrana səfəri çərçivəsində baş nazir Əli əl-Zeydi İran prezidenti Məsud Pezeşkian, parlament sədri Məhəmmədbaqir Qalibaf və Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejei ilə görüşlər keçirib.
Zərintac Mayisqızı

















