Rusiya Gimnastika Federasiyasının məlumatına görə, Olimpiya çempionları Ancelina Melnikova və Viktoriya Listunovaya, eləcə də Anna Kalmakovaya ölkəyə giriş icazəsi verilməyib.
Zefer.media xarici KİV-lərə əsasən bildirir ki, Dünya çempionatı oktyabrın 17-dən 25-dək keçiriləcək və 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Olimpiya Oyunlarına seçmə mərhələlərindən biri olacaq.
Rusiya federasiyası Niderlandın qərarını artıq “ayrı-seçkilik” və “Olimpiya seçmələrində bərabər şərait prinsipinin kobud şəkildə pozulması” adlandırıb.
Rusiya Beynəlxalq Olimpiya Komitəsinə və “World Gymnastics” təşkilatına şikayətlə müraciət etmək niyyətindədir.
Lalə Qurbanlı




