• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22° Weather Columbus
$
1.7
€
1.9385
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Neft 150 dollara qədər qalxa bilər? - AÇIQLAMA 

29 Aprel, 26 / 11:25
A A

İran səfiri müharibənin zərərlərini Hörmüz boğazından keçən gəmilərdən alnan rüsumlarla qarşılayacaqlarını deyib.

Bununla bağlı Zefer.media–ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Hörmüzdən keçən gəmilərdən rüsum alaraq müharibə xərclərini tam şəkildə qarşılamaq real görünmür:

“Çünki bu boğazdan sutkada təxminən 20 milyon barel neft və dünya LNG tədarükünün 20 faizi keçir. Hər barelə 10 dollar rüsum tətbiq edilsə belə, bu gündəlik təxminən 200 milyon dollar, aylıq isə 6 milyard dollar gəlir deməkdir. Halbuki İranın müharibə xərcləri – raket və dron istehsalı, infrastrukturun bərpası, insan itkisi və sanksiyaların yaratdığı iqtisadi zərər daxil olmaqla – on milyardlarla dollar səviyyəsində qiymətləndirilir.

Üstəlik, belə bir rüsum sistemini tətbiq etmək üçün boğaz üzərində tam nəzarət tələb olunur. Lakin ABŞ və onun müttəfiqləri bu cür addımı qəbul etmir və bu, ciddi hərbi eskalasiya riskini artırır. Eyni zamanda, gəmiçilik şirkətləri rüsum ödəmək əvəzinə marşrutlarını dəyişə, alternativ boru kəmərlərinə yönələ və ya ümumiyyətlə Hörmüz boğazından istifadə etməyə bilər. Bu səbəbdən, rüsumdan əldə edilən gəlir müharibə xərclərinin yalnız kiçik bir hissəsini qarşılaya bilər və tam maliyyələşdirmə üçün kifayət etmir.

Belə bir addım beynəlxalq enerji bazarında ciddi qiymət dalğalanmalarına səbəb ola bilər. Hörmüz boğazı dünya neft ixracının təxminən 20 faizinin keçdiyi strateji nöqtədir. Burada gəmilərin saxlanılması və rüsum tələbi faktiki olaraq blokada kimi qiymətləndirilə bilər. Bu halda bazar iştirakçıları riski qiymətlərə daxil edərək neftin barelini dərhal 20–30 dollar artıra bilər”.

Akif Nəsirli əlavə edib ki, sığorta şirkətləri də boğazdan keçən tankerlər üçün “müharibə riski” əlavə haqları tətbiq edər ki, bu da daşınma xərclərini və nəticə etibarilə yanacağın qiymətini yüksəldər:

“Hətta konkret rüsum tətbiq olunmasa belə, sadəcə bu istiqamətdə bəyanatlar bazarda panika yarada bilər.

Əgər qarşıdurma real hərbi toqquşmaya çevrilsə və bir neçə tanker hədəfə alınsa, neftin qiymətinin 120–150 dollar səviyyəsinə qədər yüksəlməsi mümkündür. Eyni zamanda, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və İraq kimi OPEC ölkələrinin ixracı da bu marşrutdan asılı olduğuna görə, onların tədarükündə ciddi fasilələr yarana bilər. Nəticədə qlobal təklif kəskin azalır və dünya enerji bazarında ciddi şok formalaşır”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

The flag of Ukraine develops on a flagpole against a background of clear sky
Dünya

Ukrayna Silahlı Qüvvələri Xerson bölgəsində Şahedlər üçün körpüyə və ötürücü stansiyaya zərbə endirib

İyul 27, 2026
Dünya

İran Ərbilə hücum etdi

İyul 27, 2026
Dünya

İran Hörmüzdə 10-a yaxın gəminin qarşısını alıb

İyul 27, 2026
Dünya

Rusiya ilə münasibətlərdə yeni səhifə açılıb - Şara

İyul 27, 2026
Dünya

Zelenski: “İranla yeni cəbhənin açılmasının qarşısı alınmalıdır”

İyul 27, 2026
Dünya

Xameneyi: “Hizbullahı dəstəkləmək bizim strateji siyasətimizdir”

İyul 27, 2026

XƏBƏR LENTİ

Ukrayna İranın ittihamlarına cavab verib

27 İyul, 26 / 17:20

İran Fransanı daxili işlərə müdaxilədə ittiham edib

27 İyul, 26 / 17:18
The flag of Ukraine develops on a flagpole against a background of clear sky

Ukrayna Silahlı Qüvvələri Xerson bölgəsində Şahedlər üçün körpüyə və ötürücü stansiyaya zərbə endirib

27 İyul, 26 / 16:43

Əli Əsədov yeni qərar imzaladı

27 İyul, 26 / 16:22

Dənizdə 4 nəfər batdı, 3-ü xilas edildi: 13 yaşlı qız boğuldu

27 İyul, 26 / 16:21

İran Ərbilə hücum etdi

27 İyul, 26 / 16:16

“Hazırda ABŞ ilə heç bir danışıq aparmırıq”

27 İyul, 26 / 16:12

Bu şəxslər 7 minədək cərimələnəcək: Prezident təsdiqlədi

27 İyul, 26 / 14:10

Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam

27 İyul, 26 / 14:02

İlham Əliyev 3 fərman imzaladı

27 İyul, 26 / 14:01

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.