Qazaxıstanda narkotik qaçaqmalçılığına cəhddə şübhəli bilinərək həbs edilən reper Navai (Navai Bakirov) yaxın vaxtlarda azadlığa çıxa bilər.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu barədə reperin vəkili Rəna Kərimova məlumat verib.
Vəkilin sözlərinə görə, musiqiçinin vəziyyəti normaldır. O, istintaq təcridxanasında kitab oxuyur və şeirlər yazır.
Kərimova bildirib ki, avtomobildə başqa şəxslər də olub, lakin Navai günahı öz üzərinə götürməyə qərar verib. Vəkil reperin günahsız olduğunu düşünür.
Qəmər Kazımzadə




