Xarici xəbərlər

NATO-nun baş komandanı: Rusiya hücum edərsə, “hər şeyi məhv edəcəyik”

13 Oktyabr 2026, 19:520
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç Rusiya alyansın üzvü olan ölkələrdən hər hansı birinə hücum edəcəyi təqdirdə, NATO-nun sarsıdıcı cavab zərbəsi endirməyə hazır olduğunu bildirib.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, general bu barədə Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı danışıb.

Qrinkeviçin sözlərinə görə, qarşı tərəf hücumu davam etdirməyə və ya ehtiyat qüvvələrini işə salmağa qərar verərsə, NATO onun döyüş aparmaq qabiliyyətini məhv edəcək. Bu, yalnız hücum edən qüvvələrə deyil, həm də onları təmin edən, dəstəkləyən və idarə edən bütün strukturlara aiddir.

General qeyd edib ki, NATO-nun strategiyası ilkin hücumun qarşısını almağı, irəliləyişin qarşısını almaq üçün çəkindirmə tədbirlərini və zərurət yarandıqda düşmən qüvvələrinin darmadağın edilməsini nəzərdə tutur.

“Bizə hücum edilərsə, elə bu gecə döyüşə girməyə hazırıq”, – deyə Qrinkeviç vurğulayıb.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600