Xarici xəbərlər

Narkotik satışına görə məhkum edilmiş rusiyalı hərbçi Kupyansk yaxınlığında altı hərbçini güllələyib

14 Oktyabr 2026, 12:211
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiyalı hərbçi Aleksey Korolyovun Ukraynanın Xarkov vilayətində, Kupyansk yaxınlığında öz silahdaşlarına atəş açdığı bildirilir. Hadisə nəticəsində altı hərbçi ölüb, daha iki nəfər yaralanıb.

Zefer.media “The Insider”ə istinadən xəbər verir ki, insident 2025-ci il oktyabrın 24–25-də pilotsuz uçuş aparatı ilə bağlı mübahisə zəminində baş verib. Əvvəlcə Rusiya hərbçilərinə məxsus kvadrosikl FPV-dron tərəfindən səhvən vurulub. Bundan sonra iki bölmənin hərbçiləri arasında münaqişə yaranıb.

Növbəti gün mübahisə yenidən alovlanıb və atışma ilə nəticələnib. Ölənlər arasında əvvəllər radioelektron kəşfiyyat və kiber əməliyyatlarla məşğul olan FSB mərkəzi ilə əlaqəli bölmədə xidmət etmiş 22 yaşlı Rodion Kravets də olub.

Məlumata görə, Korolyov əvvəllər müxtəlif cinayətlərə görə dəfələrlə məhkum edilib. O, 2023-cü ildə xüsusi rejimli koloniyada 11 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan cəbhəyə göndərilib.

Hazırda Korolyov iki və ya daha çox şəxsi öldürməkdə və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. İşə Donetskdə qapalı məhkəmə iclasında baxılır.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600