• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9615
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Hərbi

“Müharibə veteranlarının özünüməşğulluq proqramına geniş şəkildə cəlb olunması təqdirəlayiqdir”

01 Avqust, 26 / 11:14
A A

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib. Mediatur çərçivəsində Vətən müharibəsi iştirakçılarının təsərrüfatlarına baxış keçirilib, bu sahədəki mövcud yeniliklər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Zefer.media xəbər verir ki, mövzu ilə bağlı moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, veteranların özünəməşğulluq proqramına cəlb edilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib, buna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibə veteranlarının özünüməşğulluq proqramına geniş şəkildə cəlb edilməsi veteranlarımızın məşğulluq probleminin həlli, onların sosial rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətimizin bu qayğısı veteranlarımıza sosial vəziyyətlərini yaxşılaşırmaqla yanaşı, həm də öz potensiallarını real müstəvidə dəyərləndirməyə, öz bizneslərini inkişaf etdirməyə, bu sahədə daha böyük uğurlar əldə etməyə imkan verir. Bu mənada Müharibə, Əmək vəı Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq müharibə veteranlarının özünüməşğulluq proqtramına cəlb edilməsini alqışlayır, bunu dövlətimizin veteranlara olan yüksək qayğı və diqqətinin bir təzahürü hesab edirik. İnanırıq ki, bundan sonra da müharibə veteranlarının özünüməşğulluq proqramlarına cəlb edilməsi diqqət mərkəzində saxlanılacaq, veteranlarımızın sosial rifahının daha da yaxşılaşdırılması üçün bütün imkanlardan maksimum istifadə ediləcək.

Məlumat üçün qeyd edim ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi də veteranlara və şəhid ailələrinə böyük qayğı göstərir, onlarla bağlı hər bir məsələni xüsusi diqqət mərkəzində saxlayır. Biz19 iyun 2025-ci il tarixində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birlikdə  “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirdik. Həmin konfrans ərəfəsində, eləcə də konfransdan sonra veteranlar və şəhid ailələri ilə etdiyimiz söhbətlər, keçiridyimiz görüşlər zamanı bu həqiqətə bir daha əmin olduq. Mən buna görə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə də təşəkkür edir, minnətdarlığımı bildirirəm”.

Polkovnik Cəlil Xəlilov Laçında müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediaturun təşkilini də yüksək qiymətləndirib:

“Müharibə veteranları və onların ailə üzvləri üçün özünəməşğulluq proqramı çərçivəsində yaradılmış keçik biznes sahələrinə mediaturların təşkili olduqca önəmlidir. Bu cür mediaturlar dövlətimizin müharibə veteranların məşğulluq probleminin həlli istiqamətində atdığı addımların effektivlyini göstərməklə yanaşı, həm də dövlət-vətəndaş münasibətlərindəki şəffaflığı təmin edir, yeni ideya və yaradıcı yanaşmaların meydana çıxması üçün əlverişli zəmin yaradır. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə oxşar mediaturların digər rayonlarımızda da təşkili arzuedilən olardı”.

Bənzər Xəbərlər

Dünya

Polşa Ukraynaya “Patriot” raketlərinin təhvil verilməsi ilə bağlı qərarını açıqlayıb

Avqust 13, 2026
Dünya

“Rusiya silah çatışmazlığı ilə üzləşə bilər”

Avqust 12, 2026
Dünya

Şimali Koreya 700 kilometrlik ballistik raket buraxdı

Avqust 12, 2026
Hərbi

Müdafiə Nazirliyinin rəhbərliyi ƏÜO-nun hərbi hissələrində olub

Avqust 12, 2026
Xarici xəbərlər

SEPAH: “İranın yeni ballistik raketləri uçuş zamanı hədəfini dəyişə bilir”

Avqust 11, 2026
Hərbi

“Veteranlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir” mövzusunda tədbir keçirilib

Avqust 10, 2026

XƏBƏR LENTİ

Türkiyə müdafiə sənayesi strateji transformasiyaya məruz qalıb

14 Avqust, 26 / 17:32

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust, 26 / 17:18

Bu il elektron satınalmalarda dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib

14 Avqust, 26 / 17:05

Şimali Koreya Rusiyaya daha 50 min hərbçi göndərə bilər

14 Avqust, 26 / 16:45

Hörmüz boğazından keçən gəmilərin sayı azaldı

14 Avqust, 26 / 16:42

Cəlil Xəlilov: “Baş Prokurorluğun mina partlayışı ilə bağlı apardığı hər bir araşdırma mühüm əhəmiyyətə malikdir”

14 Avqust, 26 / 16:40

Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın

14 Avqust, 26 / 15:24

Prezident İlham Əliyevdən daha 4 fərman

14 Avqust, 26 / 15:18

Göyçayda zəncirvari qəza olub, altı nəfər xəsarət alıb

14 Avqust, 26 / 15:12

İranda zəlzələ baş verib

14 Avqust, 26 / 15:09

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.