Xarici xəbərlər

Mossad: “Kəşfiyyatçılar İranın Fordo obyektinə “dəfələrlə baş çəkiblər”

11 Avqust 2026, 20:280
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Qurumun əməkdaşları İranın Fordo nüvə obyektini daha yaxşı öyrənmək məqsədilə oraya “dəfələrlə baş çəkiblər”.

Zefer.media xəbər verir ki, bunu İsrailin kəşfiyyat xidməti Mossadın keçmiş rəhbəri Eli Koen bildirib.

“Amerikalıların təşkil etdiyi (nüvə obyektlərinin) bombardmanı mənim bütün arzularımın həyata keçməsidir“, — deyə o vurğulayıb.

İsrail mediası qeyd edir ki, Koenin Mossad agentlərinin fiziki varlığını, yoxsa məsafədən müşahidəni nəzərdə tutduğu qeyri-müəyyən olaraq qalır.
Keçmiş kəşfiyyat şefi əlavə edib ki, 60%-ə qədər zənginləşdirilmiş uranın olması hələ nüvə silahına sahib olmaq demək deyil.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600