• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.6° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

“Moskva iqtisadi rıçaqları ilə Ermənistandakı mövqelərinin perspektivini təmin etməyə çalışır”

01 İyun, 26 / 16:21
A A

Ermənistan Avrasiya İqtisadi Birliyində qalmaqda davam edəcəyini bəyan etsə də, Moskva “AİB və Aİ arasında seçim et” israrından əl çəkmir. Putin “iki ittifaqdan birini seçməklə bağlı referendum” təklifini AİB-in Astana sammitində də gündəmə gətirdi və dörd ölkənin – Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın birgə çağırışına nail olub. Paşinyan isə “referendum təklifini” rədd edib və AİB-də qalacaqlarını bildirib.

Zefer.media xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı İrəvanın Brüsselə yaxınlaşmaq siyasətinə rəğmən, Avropa İttifaqına üzvlük məsələsinin uzunmüddətli proses olduğunu deyib:

“Hətta Gürcüstan, Moldova, Ukrayna təcrübəsi yekunda qəbul edilib-edilməməsini belə sual altına salır. Bunu Moskvada da anlayırlar, hərçənd, Rusiyanın məhz seçkidən öncə “seçim tələbi”ndə israr etməsi konkret hədəfə hesablanıb.

Birincisi, Ermənistan hakimiyyətini Aİ ilə yaxınlaşma siyasətinə dair Brüsseldə şübhələrə yol aça biləcək mövqe sərgiləməyə məcbur etməkdir: Paşinyanın son açıqlaması əslində bu prosesin nəticəsi idi, lakin erməni baş nazir “İrəvan AİB və AB arasında seçimin qaçılmaz olacağı nöqtəyə qədər işləyir və işləməyə davam edəcək” deməklə həm Brüsselə “inteqrasiya istəyi davam edir” mesajını verdi, həm də “AİB-də qaldıqlarını” açıqladı. Moskva üçün bu, qənaətbəxş deyil və aydındır ki, “seçim tələbi”ni gündəmdə saxlayacaqlar.

İkincisi, Rusiya erməni ictimai rəyinə “AİB-dən uzaqlaşan Paşinyanın yenidən seçilməsi iqtisadi itkilər deməkdir” mesajını çatdırır və bununla seçicilərin mövqeyinə təsir etməyə çalışır: Ermənistan məhsullarının idxalına qoyulan qadağalarla bunu praktiki olaraq göstərir, eyni zamanda, qaz qiyməti, erməni miqrantlara olan güzəştlərin ləğv edilməsi kimi xəbərdalıqlarla gələcək problemləri təqdim edir”.

Siyasi şərhçinin sözlərinə görə, bu, Rusiyanın Ermənistan üzərində ən təsiredici rıçağını işə salması deməkdir:

“Çünki İrəvan avropalı tərəfdaşlarının köməyi ilə Moskvanın hərbi-təhlükəsizlik və siyasi dəstəyinə alternativ tapsa da, iqtisadi sferada bu qeyri-mümkündür, ən azı müəyyən dövrə– Azərbaycanla yekun sülh sazişinin imzalanması, Türkiyə ilə sərhədlərin açılması və Avropa bazarına çıxış əldə edənə qədər. Moskva məhz indi iqtisadi rıçaqlarından istifadə etməklə Ermənistandakı mövqelərinin perspektivini təmin etməyə çalışır. Seçki gününə qədər –həftə ərzində Rusiyanın bu istiqamətdə praktiki addımları genişlənə bilər”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

İyun 26, 2026
Cəmiyyət

Şəhidin qardaşından Prezidentə təşəkkür

İyun 26, 2026
Manşet

Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər- ŞƏRH 

İyun 26, 2026
Hərbi

“Allah müqəddəs missiyamızda bizə güc, qüvvət nəsib etsin”

İyun 26, 2026
Cəmiyyət

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

İyun 26, 2026
Gündəm

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

İyun 26, 2026

XƏBƏR LENTİ

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

26 İyun, 26 / 20:53

Şəhidin qardaşından Prezidentə təşəkkür

26 İyun, 26 / 19:13

Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər- ŞƏRH 

26 İyun, 26 / 18:28

“Allah müqəddəs missiyamızda bizə güc, qüvvət nəsib etsin”

26 İyun, 26 / 12:25

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

26 İyun, 26 / 12:09

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

26 İyun, 26 / 9:12

Sumıda yanacaqdoldurma məntəqəsi vurulub

25 İyun, 26 / 18:08

“Ordumuz bu cür zabitlərin çiyinlərində yüksəlir”

25 İyun, 26 / 18:01

Şəhid hərbi qulluqçular və mülki işçilər təltif olundu

25 İyun, 26 / 17:55

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi

25 İyun, 26 / 17:40

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.