“Bütün Moskva hava limanlarında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib”.
Zefer.media xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti məlumat yayıb.
Söhbət Vnukovo, Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarından gedir. Bildirilir ki, bu, uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir.
Xatırladaq ki, oxşar tədbirlər əvvəllər 14 avqust gecəsi Domodedovo hava limanında elan edilmişdi. Hava limanı müvəqqəti olaraq yalnız müvafiq orqanların razılığı ilə uçuşları qəbul edir və yola salırdı.
Zərintac Mayisqızı

















